Test imtahanları keçirilib

2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.

Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən imtahanda iştirak etmək üçün 95 müəllim qeydiyyatdan keçib. Onlardan 93-ü test imtahanında iştirak edib və 83-ü müvafiq keçid balını toplayıb.

Ardını oxu...

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 05 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15-sentyabr Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

Ardını oxu...

Naxçıvanda bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması üçün məşqçi kursu keçirilir

AFFA-dan dəvət edilən təcrübəli mütəxəssislər tərəfindən orta məktəblərdə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin futbol biliklərinin artırılması üçün “D” kateqoriyalı məşqçilik kursu başlayıb.

Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman, Təhsil Nazirlikləri, AFFA, eləcə də Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kurs Bakıdan dəvət edilən futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadə tərəfindən aparılır.

Ardını oxu...

Moris Meterlinkin “Göy quş” əsəri müdrik və ibrətamiz duyğular aşılayır

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan dünya ədəbiyyatı nümunələrindən olan Moris Meterlinkin fransız dilində yazılmış “Göy quş” əsəri 1911-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Bu əsər 6 pərdə, 12 şəkildən ibarətdir.

Əsərdə odunçunun oğlu Tiltil və Mitil qonşuluqdakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli göy quşun axtarışına çıxırlar.

Bu zaman onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin ruhları ilə qarşılaşırlar. Sonra bacı və qardaş yuxudan oyanaraq öz dünyalarına qayıdırlar. Onlar başa düşürlər ki, hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir

Sentyabrın 4-də “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2019-cu ilin birinci yarımili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg