• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün212
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə6741
mod_vvisit_counterBu ay30570
mod_vvisit_counterÜmumi2497835

Tarix: 20 Apr., 2024

Təhsil Nazirliyi “2016-2020-ci illər Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasını diqqətdə saxlayır

Bu gün muxtar respublikada yaradılan şərait, iqtisadiyyatın ildən-ilə gücləndirilməsi, tikinti və xidmət sahələrinin genişləndirilməsi, eləcə də sənayenin sürətlə inkişafı peşə təhsilini günün tələbinə çevirmiş, peşə ixtisaslı kadrların yetişdirilməsi işi əsas istiqamət olaraq seçilmişdir. Muxtar respublikada peşə təhsilinin inkişafına diqqət daha da artırılmış, yeni məktəb binaları tikilmiş və ya yenidən qurularaq mühəndis-pedaqoji heyətin və müdavimlərin istifadəsinə verilmişdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində peşə təhsili sisteminin müasir tələblər səviyyəsində yenidən qurularaq inkişaf etdirilməsi, bir sıra dövlət proqramlarının qəbul edilməsi və icrasının uğurla həyata keçirilməsi, bu sahədə çevik idarəetmənin təmin olunmasına şərait yaratmış, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına nail olunmuşdur.

Təhsil Nazirliyinin tabeliyində olan 1 peşə liseyi və 3 texniki peşə və sürücülük məktəblərinin hər biri üçün yeni məktəb kompleksi tikilmiş, burada ən müasir elektron lövhə və kompüterlər, maşın və mexanizm qurğuları, hər cür avadanlıqlarla təmin olunmuş zəngin emalatxana və yataqxana şəraiti yaradılmışdır. Bu gün peşə təhsili müəssisələrimiz əmək bazarında işəgötürənlərin kəmiyyət və keyfiyyət tələblərini, eləcə də, kadr ehtiyaclarını ödəməyə imkan verir. Burada məqsəd yalnız peşə-ixtisas təhsili müəssisələri tərəfindən kiçik və orta biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin tələblərinə uyğun kadrların hazırlanmasına nail olmaqdır.

Muxtar respublikanın əmək bazarının dəyişən tələblərinə müvafiq peşə-ixtisas təhsili üzrə kursların təşkilində mövcud meyillər nəzərə alınmaqla, ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi, rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması, bu sahədə səmərəliliyin artırılması, işaxtaranların tez bir zamanda peşə təhsili qazanıb əmək fəaliyyətinə başlaması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli qərarı ilə peşə təhsili müəssisələrində 1, 2 və 3 aylıq kursların təşkilinə başlanmışdır. Bu da öz növbəsində işaxtaranların peşə təhsilinə olan marağının artmasına, işəgötürənlərin isə çoxsaylı peşə təhsilli kadrlar arasında seçim etmək imkanının yaranmasına səbəb olmuşdur. Bu da bir daha onu göstərir ki, muxtar respublikanın peşə təhsili sahəsində islahatlar doğru yolla aparılır.

Ötən illərdə qəbul edilmiş və icrası uğurla həyata keçirilən Dövlət proqramları muxtar respublikanın inkişafı yolunda öz mühüm töhfəsini verməsinə baxmayaraq, müasir əmək bazarında yeni tələblər meydana çıxır. Bu səbəbdən əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması, tələb və təklif arasında tarazlığa nail olunması məqsədilə, Ali Məclis Sədrinin 2014-2015 və 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramlarının qəbul edilməsi haqqında sərəncamları muxtar respublikada peşə təhsilinin inkişafına  və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsinə stimul vermişdir.

Təhsil Nazirliyi Dövlət Proqramının icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı aparılan ixtisaslarda tədrisin keyfiyyəti ilə yanaşı, proqramın digər tələblərini də daim diqqətdə saxlamışdır. Bu məqsədlə Naxçıvan Şəhər Peşə Liseyində tədbir keçirilmişdir. Tədbirdə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan şəhər Dövlət Məşğulluq Mərkəzinin nümayəndələri, eyni zamanda liseyin mühəndis-pedaqoji heyəti və müdavimlər iştirak etmişlər.

Təhsil Nazirliyinün nümayəndəsi Elnur Qasımov bildirmişdir ki, Dövlət Proqramının icrası ilə bağlı Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində əmək bazarının tələbinə uyğun, milli, xalq tətbiqi sənət növləri və müxtəlif xidmət sahələri üzrə ümumilikdə 25 adda 99 kurs təşkil olunmuşdur. Belə ki, 2016-cı ildə 821, 2017-ci ildə 1107, 2018-ci ildə 838, 2019-cu ilin bugünədək 901 olmaqla, ümumilikdə 3667 nəfər kursu bitirərək sertifikatla təmin olunmuşlar.

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və valideynlərin iştirakı ilə peşə məktəblərində “Açıq qapı” günləri təşkil olunmuş, onlara peşə təhsili və peşə ixtisasları haqqında təbliğat xarakterli geniş məlumat verilmiş, həmçinin peşə təhsili müəssisələrində fəaliyyət göstərən ixtisaslara qəbulla bağlı Naxçıvan Dövlət Televiziyası, “Şərq Qapısı” və şəhər, rayon qəzetlərində təbliğat xarakterli proqram materialları və yazılar verilmişdir. Eyni zamanda cari tədris ilində də muxtar respublikanın uşaq və gəncləri arasında peşə ixtisaslarına marağın artırılması və onların peşə seçiminə köməklik məqsədilə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlilikləri tərəfindən təsdiq olunmuş qrafikə uyğun məşğələlər davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsində buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərən gənclər arasında peşə təhsilinə maraq artmışdır.

Sonra Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Elmin Fərəcovun, Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazovun və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Vüsal Abdullayevin mövzu ətrafında məruzələri dinlənilmişdir.                                                                                                             Təhsil Nazirliyi 2016-2020-ci illər Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasını bundan sonra da daim diqqətdə saxlayacaq, Proqram üzrə Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində lazımi tədbirləri həyata keçirəcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg