
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək demişdir ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Muxtar respublikamızın bütün şəhər və rayonlarında şahmat məktəbləri tikilərək istifadəyə verilib. Hazırda Şahmat Federasiyasının məşqçi-müəllimləri uşaqlara idmanın bu növünün sirlərini öyrədirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində orta məktəblərdə tədris olunan şahmat dərslərinin sayı artırılıb, müəllimlər hərtərəfli qayğı ilə əhatə olunublar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.
Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərlə keçirilən 3 günlük təlim toplantısına ordunun Təlim-Tədris Mərkəzində yekun vurulub. Bununla əlaqədar keçirilən tədbirdə toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.