Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər 7 №-li tam orta məktəbdə təlim keçirilib.
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində baş tutan təlimdə 70 qədər məktəbli iştirak edib. Şagirdlərə slaydlar vasitəsi ilə “Büdcə anlayışı”, “Ailə büdcəsi”, “Məktəbli büdcəsi” modullar haqqında geniş məlumat verilib.
Təlimin interaktiv hissəsində interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu kateqoriyadan olan uşaqların təhsilə cəlbinin davamlılığını təmin etməklə yanaşı, onların inklüziv və məsafədən təhsil imkanlarının genişlənməsinə və cəmiyyətə inteqrasiyasına əlverişli şərait yaradıb. Dövlət Proqramının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 10-da Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Tədbirdə Şərur rayonunda yerləşən ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak edib. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların tədrisdə iştirakının vəziyyəti, onların təhsili ilə bağlı psixoloqlar tərəfindən müşahidələr əsasında hazırlanan fərdi proqramlarla bağlı söhbətlər aparılıb. Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


