
Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az dərslik portalına yerləşdirilməsi prosesi davam etdirilir.
Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

22-24 oktyabr 2019-cu il tarixdə Culfa rayon Şahmat məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr edilmiş Culfa Rayon tam orta məktəblərinin komandaları arasında Şahmat birinciliyi keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsi tərəfindən keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq muxtar respublikanın təhsil müəssisələrində idmanın inkişafının təmin edilməsi ilə bağlı tədbirlər planına əsasən Sədərək rayonunda Təhsil şöbəsi, Uşaq gənclər İdman məktəbinin birgə təşkilatçılıqı ilə ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə yarış keçirilmişdir.
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub. Açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.