• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1070
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə4249
mod_vvisit_counterBu ay32627
mod_vvisit_counterÜmumi2463116

Tarix: 28 Mart, 2024

Muxtar respublikaının ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim hüquqlarım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. 24-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 12-də muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim hüquqlarım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, bu gün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından 24 il ötür. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Bildirmişdir ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Sonra müsabiqənin əhəmiyyətindən danışaraq bildirilib ki, məqsəd məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, dövlətçilik tarixində, cəmiyyətin qorunması və rifahı rolunda Konstitusiyanın rolu ilə bağlı fikirləri təbliğ etməkdən ibarətdir.

İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 50 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə, 2 saat ərzində yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə bir-I yer, iki-II yer, üç-III yer və üç həvəsləndirici yer olmaqla, 9 qalib müəyyən edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg