• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün872
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10135
mod_vvisit_counterBu ay42467
mod_vvisit_counterÜmumi2509732

Tarix: 26 Apr., 2024

Kəngərli rayon məktəbliləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib

“17 Noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında suverenliyimizin rəmzi olan dövlət bayrağı haqqında biliklərin aşılanması, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Müsabiqədə Kəngərli Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Vurğulanıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və Heydər Əliyev yoluna sədaqətlərini ifadə edirlər. Sonra rayonun bütün məktəbləri üzrə 24 məktəbli bayrağa həsr olunmuş şeirləri bədii qiraət edib. Bədii qiraət müsabiqəsinin qalibləri seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilməsi meyarlarına görə 5 ballıq sistem üzrə müəyyənləşdirilmişdir. Müsabiqədə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin III sinif şagirdi Əliyev Zahid I, Böyükdüz kənd tam orta məktəbinin X sinif şagirdi Quliyev Şahin, Qabıllı kənd tam orta məktəbinin VIII sinif şagirdi Əsgərova Həqiqət II, Yurdçu kənd tam orta məktəbinin VIII sinif şagirdi Abbasova Günay, Böyükdüz kənd tam orta məktəbinin X sinif şagirdi Rəsulov Hakim, Yeni Kərki kənd tam orta məktəbinin VIII sinif şagirdi Süleymanova Roza III, Yurdçu kənd tam orta məktəbinin V sinif şagirdi Rəhimova Duru, Qıvraq qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Ələkbərova Məlahət, Yeni Kərki kənd tam orta məktəbinin VII sinif şagirdi Cəfərova Selay isə həvəsləndirici yerə layiq görülüb. Şeir müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg