• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün413
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13276
mod_vvisit_counterBu ay45608
mod_vvisit_counterÜmumi2512873

Tarix: 28 Apr., 2024

Şagirdlər üçün “İnkişaf edən Naxçıvan” filmi nümayiş olunub

Naxçıvanın tarixi və əldə etdiyi inkişafın şagirdlərə aşılanması məqsədilə hazırda ümumtəhsil məktəblərində dərsdənkənar məşğələ kimi “Naxçıvan tarixi” dərsi tədris olunur, bu sahədə müxtəlif səpkili tədbirlər həyata keçirilir. Növbəti belə tədbir yanvarın 14-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “İnkişaf edən Naxçıvan” filminin nümayişi olmuşdur. Filmin nümayişində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagird kollektivi iştirak etmişdir.

Filmdə muxtar respublikanın inkişafına nəzər salınır, bütün sahələrdə əsaslı inkişafın əldə olduğu göstərilir. Bildirilir ki, muxtar respublika sakinləri qovuşduqları bu xoş günlərin işığında dönüb keçmişə baxanda aradan ötən müddət ərzində sürətli inkişaf yolu keçən, gözəlləşən, müasirlə­şən muxtar respublika ilə qürur hissi duyurlar. Bu gün yüksək potensiala malik muxtar respublikada dövlət proqramları, infra­struktur layihələr uğurla həyata keçirilir. Naxçıvan ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Daha xoş sabahlara böyük inamla addımlayan Naxçıvan inkişafı ilə düşmənin gözdağına çevrilib. Bunun əsas səbəbi isə yurda bağlılıq, onu daha gözəl görmək arzuları, muxtar respublika sakinlərinin yaxşı yaşamasının prioritet vəzifəyə çevrilməsi, ən başlıcası isə görülən işlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sözləri ilə desək: “Naxçıvan Muxtar Respublikasında inkişafın bir səbəbi var: bu, böyük yaradıcı gücə malik olan Heydər Əliyev ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsidir”.

Filmdə qeyd olunduğu kimi Naxçıvan Muxtar Respublikasının keçdiyi hərtərəfli inkişaf yolu məhz xalq və dövlət üçün formalaşan ideyanın real həyatda təzahürünə çevrilib. Naxçıvanın inkişafı beş min illik tarixində yeni tarixi mərhələnin qiymətli salnaməsi, düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

Müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür. Muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur, Naxçıvan şəhəri zirvə görüşlərinə, beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir.

Bu gün muxtar respublikada demək olar ki, müasir infrastruktur qurulub. Muxtar respublikanın hansı bölgəsində yaşamasından asılı olmayaraq gələcəyimiz olan gənclərin yaxşı təhsil alması, istedadlarının üzə çıxarılması üçün şərait yaradılıb.

Muxtar respublikanın hər bir sakini yaşadığı Naxçıvan torpağı ilə fəxr edir. Ulu öndərin əmanət etdiyi bu torpağın uğurları hələ qabaqdadır. Yolumuz, yolunuz aydınlıq olsun.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg