
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin kollektivi Ordubad şəhər İnternat tam orta məktəbində valideyn himayəsindən məhrum uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etdi.
Çay süfrəsi ətrafında keçirilən görüşdə təhsil naziri Rəhman Məmmədov bildirdi ki, muxtar respublikada yaşayan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Nazir, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etdi, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzuladı.
Bu gün muxtar respublikada təhsilalanlar və təhsilverənlərin yüksək səviyyədə hərtərəfli şəraitlə təmin olunması, gələcəyimiz olan gənc yeniyetmələrin maariflənməsi, onların vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə olunması, ixtisaslı bir gənc kimi formalaşması diqqətdə saxlanılır. Muxtar respublikada tələbələrin orta ixtisas təhsili müəssisələrində təhsil almaları və təhsillərini bitirdikdən sonra işlə təmin olunmaları üçün hər cür şərait yaradılır. Buna görə də, fevralın 21-dən martın 12-nə qədər ümumi orta təhsil (9 illik) bazadan orta ixtisas təhsili müəssisələrinə aparılan ərizə qəbulunda muxtar respublika məktəbliləri fəallıq göstərmişdir.
Hacıyeva Ülviyyə Hafiz qızı-1987-ci ildə Babək rayon Şıxmahmud kəndində anadan olub. 2004-cü ildə Bakı şəhər Yasamal rayon 286 saylı tam orta məktəbi bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qiyabi formada daxil olub, 2009-cu ildə eyni ixtisas üzrə təhsilini başa vurub.
Türkiyənin İzmir şəhərində işıq üzü görən “Adabelen” jurnalında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “Azərbaycanlı şair Məmməd Arazı tanıyaq” sərlövhəli məqaləsi dərc olunub.
Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir. 