Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ad və paroldan istifadə etməklə Mərkəzin müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
Sənəd qəbulu haqqında elanın tam mətni Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Əziz şagirdlər, hörmətli valideynlər,
Naxçıvan şəhər ərazisində yerləşən “N” saylı hərbi hissədə 10 mart 2020-ci il tarixdə şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunları keçirilmişdir. Yarış başlamazdan əvvəl yarışın baş hakimi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanova raport vermiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti mayor Müseyib Abbasov, Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi baş leytenant Məhərrəm Əliyev yarış barəsində fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışmış və şahinlərə uğurlar arzulamışlar.
"Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.