2009-cu ildən cüdo ilə məşğul olan Abbas Məmmədov Naxçıvan cüdo məktəbinin ən istedadlı idmançısı hesab edilir. O, bir çox uğurlara imza atıb. 6 dəfə muxtar respublika çempionu olan Abbas ölkə birinciliklərində də daim mükafatçılar sırasına düşməyi bacarıb. Məhz bunun nəticəsidir ki, hazırda idmançımız Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvüdür. 17 yaşının olmasına baxmayaraq, cüdoçumuz zəngin karyeraya malikdir: Türkiyədəki beynəlxalq turnirdə 3 gümüş, 2 bürünc, Ukraynadakı beynəlxalq turnirdə 1 bürünc, Rusiyadakı beynəlxalq turnirdə 3 bürünc, Gürcüstan və İrandakı beynəlxalq turnirlərdə 2 qızıl medal qazanıb.
Məktəblilərimiz təhsil sahəsində qazandıqları uğurlarla yanaşı idman sahəsindəki uğurları ilə də fərqlənirlər. Şərur şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Əliyeva Gülcahan Malik qızının qazandığı uğurlar qürurvericidir.
Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” Turistik İstirahət Mərkəzində "5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalı keçirilmişdir. Festivalda məktəblilərin idman sahəsində qazandığı uğurları və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan robotexnika dərnəyinin təqdimatı olmuşdur.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da idman əsl yüksəliş dövrünü yaşayır, diyarımızda müasiridman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Naxçıvanda müasir idman obyektlərində təcrübəli məşqçilərin rəhbərliyi altında aparılan gərgin məşqlər böyük yarışlarda uğurlu nəticələr əldə edilməsinin başlıca şərtidir. Eynizamanda diyarımız hər il dünya və Avropa çempionatları, beynəlxalq və ölkədaxili turnirlərə ev sahibliyi edir.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-də saat 23:59-dək davam edəcək.