Yüngül atletika idman növünün oğlanlar arasında inkişaf etdirmək və istedadlı atletlərin üzə çıxarılması məqsədilə 3 mart 2020-ci il tarixdə Şahbuz rayon ümumtəhsil məktəblərinin oğlanları arasında “Zərərli vərsişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon birinciliyi keçirildi. Yarışda 17 məktəbin komandası iştirak edirdi. Böyük maraqla izlənilən yarışın yekununda
Şahbuz şəhər 1nömrəli tam orta məktəbin komandası I,
Biçənək kənd tam orta məktəbin komandası II,
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.