Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində daha bir uğura imza atılıb. Naxçıvan şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Zümrüd Babazadənin AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi Surə Rəhimovanın rəhbərliyi ilə apardığı “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” mövzusundakı tədqiqat işi yekunlaşıb.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Qəbulov Tofi̇q Məmmədsadiq oğlunun “Yer kürəmiz qatarımız” adlı kitabı işıq üzü görüb.
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər.
17 mart 2020-ci il tarixdə Rusiyanın Penza şəhərində “Elm və təhsil Beynəlxalq elmi əməkdaşlıq mərkəzi”ndə keçirilən “Müasir gənclərin elmi diskusiyası: aktual suallar, naliyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransının işinə yekun vurulub. Konfransda iştirak edən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəsirli İnci Emin qızı “Biləv
Şərurda öz müsbət ənənələri ilə öyünən təhsil ocaqlarından söhbət düşəndə Aralıq kənd tam orta məktəbinin də adı iftixarla çəkilir. Məktəbin yaranma tarixi də maraqlıdır. Belə ki, 1931-ci il yanvarın 25- 27-də Azərbaycan Müəllimlərinin V Qurultayında ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə qətnamə qəbul edildikdən sonra ölkəmizin bir çox bölgələri kimi, bu yaşayış məntəqəsində də məktəb açılıb.