• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün235
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə652
mod_vvisit_counterBu ay45847
mod_vvisit_counterÜmumi2513112

Tarix: 29 Apr., 2024

Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib

Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlmişdir. Hazırda torpaq mülkiyyətçisi və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər.

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyaların tətbiqi davam etdirilir. Taxıl, kartof, qarğıdalı bitkilərinin əkilib-becərilməsi və yığılması tam mexaniki üsulla həyata keçirilir. Yeni alınan texnikalara baxış zamanı bildirilmişdir ki, ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 min 831 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Cari ildə isə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 137 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmiş, həmin texnikalardan 24-ü lizinq yolu ilə sahibkarlara verilmişdir. Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, həmçinin ehtiyat hissələri anbarlarına baxmışdır. Bildirilmişdir ki, bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır. Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulamış, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg