• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün17
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə434
mod_vvisit_counterBu ay45629
mod_vvisit_counterÜmumi2512894

Tarix: 29 Apr., 2024

Qəhrəmanlar kəndinin - Aralığın təhsil uğurları

Şərurda öz müsbət ənənələri ilə öyünən təhsil ocaqlarından söhbət düşəndə Aralıq kənd tam orta məktəbinin də adı iftixarla çəkilir. Məktəbin yaranma tarixi də maraqlıdır. Belə ki, 1931-ci il yanvarın 25- 27-də Azərbaycan Müəllimlərinin V Qurultayında ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə qətnamə qəbul edildikdən sonra ölkəmizin bir çox bölgələri kimi, bu yaşayış məntəqəsində də məktəb açılıb.

1931-1932-ci tədris ilindən təhsil ocağı ilk dəfə iki siniflə fəaliyyətə başlayır. Məktəbdə təhsil sonrakı ildə 4, 1950-1961-ci illərdə 7, 1962-1982-ci illərdə isə 8 illik olub. 1983-cü ildə kənddə iki mərtəbəli, 624 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verildikdən sonra isə bu təhsil ocağı tam orta məktəbə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin “2010- 2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” imzaladığı 2011-ci il 28 iyun tarixli Sərəncam ilə bu məktəb də müsabiqənin qalibi olub. Aralıq məktəbi tarixən onun başını uca edən məzunları ilə fəxr edib. Onlardan yuxarıda qeyd etdiyimiz tanınmış zəhmət adamları ilə birlikdə müxtəlif sahələr üzrə elmi dərəcələr almış alimlərdən Əli Əliyevin, Əmir Quliyevin, Qənbər Quliyevin, polkovnik rütbəsinə qədər yüksəlmiş Xəlil Ağayevin və digərlərinin adı daim hörmətlə çəkilir. Bu gün həmin tədris ocağında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin şagirdlərə öyrədilməsinə xüsusi diqqət yetirilir. Bunun üçün ayrıca guşə yaradılıb və burada ulu öndərin ömür yolunu əks etdirən çoxlu materiallar yerləşdirilib. Məktəbdəki hərbi kabinə zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Kabinənin müxtəlif plakatlar və əyani vəsaitlərlə təmin olunması şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə şərait yaradır. Bu təhsil ocağındakı idman zalı şagirdlərin fiziki sağlamlığının qorunmasında, onların bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalarında əhəmiyyətli rol oynayır. Əyani vəsaitlərlə təchiz olunmuş fənn kabinələri, ayrıca olaraq informasiya vasitələri və elektron lövhələri olan kabinələr, dərslik və bədii ədəbiyyatla təmin edilmiş zəngin kitabxana şagirdlərin ixtiyarına verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg