Açılış tədbirində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov iştirak edib. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov məlumat verərək bildirib ki, yeni inşa olunan binalarda Şahbuz və Babək rayonlarının Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzləri fəaliyyət göstərəcəkdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan inzibati binaların hər birində ümumilikdə 15 məşğələ otağı, 1 sərgi salonu, 1 bufet və 7 təsərrüfat otağı vardır.
Ardını oxu...
|
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqramda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili də nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Fərmanı ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılmış, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik qəbul planı tərtib olunmuş, peşə təhsili müəssisələrinə ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları müsabiqə yolu ilə işə qəbul olunmuşdur.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün hazırlıqla bağlı həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ehtiyac olan dərsliklərin sifarişi verilmişdi. İyul ayının sonlarından başlayaraq 168 min 823 dərsliyin və 156 min 96-ı bədii ədəbiyyatın muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur. Sentyabrın 12-dən isə muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb.
Ardını oxu... Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub. Sonra tədbir iştirakçıları “Gənclik” Mərkəzinin foyesində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar. Konfransda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, 20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil 3-ü isə peşə təhsil müəssisəsidir.
Ardını oxu... |
|