• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün151
mod_vvisit_counterDünən563
mod_vvisit_counterBu həftə151
mod_vvisit_counterBu ay714
mod_vvisit_counterÜmumi2136178

Tarix: 02 Okt., 2023

Naxçıvanlı abituriyent ABŞ-nin 4 universitetindən qəbul dəvəti alıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.12 mart tarixli buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərdən biri də naxçıvanlı şagird Mikayıl Cəfərlidir. O, 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olub.

Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini bölüşüb.

“Mən 2007-ci il aprelin 18-də Şərur rayonunun Kürçülü kəndində anadan olmuşam. Təhsil illərimdə müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanında 290 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuş, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam”.

Ardını oxu...

23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü Naxçıvanda qeyd edilib

Naxçıvan şəhərindəki "Gənclik” Mərkəzində Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikasının təhsil, eləcə də gənclər və idman nazirliklərinin, "Günəş" akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirdə Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra hər iki xalqın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

Naxçıvanı təmsil edəcək komanda məlum olub

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahidddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib.
Layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla adlayan komandalar yarışda iştirak ediblər.

Ardını oxu...

Şərurlu məktəbli Mikayıl Cəfərli XI siniflər üzrə keçirilən buraxılış imtahanında 297 bal toplayaraq muxtar respublika məktəbliləri arasında ən yüksək nəticəni göstərib

Dövlət İmtahan Mərkəzi  12 mart 2023-cü il tarixdə XI siniflər üzrə  keçirilən buraxılış imtahanının nəticələrini elan edib.
Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərli buraxılış imtahanında Azərbaycan dili fənnindən 97, İngilis dili və Riyaziyyat fənlərindən isə 100 bal olmaqla ümumilikdə 297 bal toplayaraq muxtar respublika məktəbliləri  arasında ən yüksək nəticəni göstərmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg