• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün728
mod_vvisit_counterDünən886
mod_vvisit_counterBu həftə1614
mod_vvisit_counterBu ay4316
mod_vvisit_counterÜmumi1403985

Tarix: 04 Okt., 2022

Naxçıvanda ənənəvi məktəbli yarmarklarına start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan və rahat şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Sentyabrın 1-də yarmarkanın açılışı olub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki,­­ muxtar respublikamızda bütün sahələr kimi, təhsil  də Ali Məclis Sədrinin hərtərəfli qayğısı ilə əhatə edilib.  Ənənəvi olaraq təşkil edilən məktəbli yarmarkaları muxtar respublikada digər sahələr kimi təhsilin də inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Ardını oxu...

Yeni yaradılan müasir təhsil müəssisələri muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək

Ölkəmizin yüksək inkişaf göstəricilərinin, adətən, mərkəzlərdə qazanılması reallıq kimi qəbul edilir. Bu, ali məktəblərə qəbulun nəticələrində də belədir. Başqa sözlə desək, belə qəbul olunub ki, şəhərlərdə təhsil alıb imtahan verən məzunlar kənd yaşayış məntəqələrində oxuyan şagirdlərlə müqayisədə daha böyük nəticələr əldə etməlidirlər. Naxçıvan Muxtar Respublikasında son illər qeydə alınan qəbul göstəriciləri isə bu prinsipi, necə deyərlər, alt-üst edib. Nəticələrə nəzər yetirdikdə şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə, hətta şagird kontingenti azlıq təşkil edən ən ucqar yaşayış məntəqələrində də yüksək nəticə göstərən abituriyentlər əksəriyyət təşkil edir. Buna səbəb isə həyata keçirilən infrastruktur quruculuğu nəticəsində kəndlərimizin də şəhərləşməsidir. İnfrastruktur layihələrinin əsas istiqamətini təhsil quruculuğu təşkil edir. Yaxın-uzaqlığından, böyük-kiçikliyindən asılı olmayaraq, bütün yaşayış məntəqələrində ən müasir tədris şəraiti yaradılıb, məktəblər ixtisaslı pedaqoji kadrlarla komplektləşdirilib. Bu isə, nəticədə, tədrisin keyfiyyətinin yüksəlməsinə və ürəkaçan nəticələrin əldə edilməsinə gətirib çıxarır. 2022-2023-cü tədris ilində muxtar respublikada təhsil quruculuğu istiqamətində görülən işlər, yeni tipli təhsil müəssisələrinin fəaliyyəti bu sahənin inkişafına böyük töhfə verəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 1 sentyabr-1 oktyabr 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASCdəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Bununla yanaşı, namizədlər Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələrək zəruri sənədləri (şəxsiyyət vəsiqəsinin, 1 ədəd 3×4 ölçüdə fotoşəklin, diplomun (ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında arayışın) və əmək kitabçasının (varsa) skan olunmuş surətlərini) təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya  Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Heydər Əliyev adına Hərbi Lisey müəllimlərinin sertifikatlaşdırılmasının müsahibə mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq muxtar respublikada müəllimlər mərhələli şəkildə sertifikasiyaya cəlb olunurlar. Ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması 2 mərhələdə - test və müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə aparılır.
Avqustun 23-də Heydər Əliyev adına Hərbi Liseyin müəllimlərinin  sertifikatlaşdırılmasının I mərhələsi – test mərhələsi keçirilib. Test mərhələsində liseyin müəllimlərindən  34-ü tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris və təlim metodikasına aid müvafiq keçid balını toplayaraq  təhsilverən sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Avqustun 30-da isə həmin müəllimlərin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzində müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsini Təhsil Nazirliyinin Sertifikatlaşdırma Şurası aparıb.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg