• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün495
mod_vvisit_counterDünən1747
mod_vvisit_counterBu həftə2242
mod_vvisit_counterBu ay18063
mod_vvisit_counterÜmumi2780063

Tarix: 08 Okt., 2024

Təhsil naziri Ordubad rayonunda vətəndaş qəbulu keçirib

İyulun 31-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib.Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.Ordubad Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icra vəziyyəti ilə bağlı görüş keçirilib

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında bağlanmış müqavilə çərçivəsində   “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icra vəziyyəti ilə bağlı Çin Xalq Respublikasından gələn  mütəxəssislər və  HUAWEI şirkətinin əməkdaşları  ilə    görüş keçirilib.
Mütəxəssislər layihə çərçivəsində icra olunan işlərlə də tanış olublar.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir

31 iyul saat 11:00-dan etibarən ölkə üzrə (Naxçıvan Muxtar Respublikası da daxil olmaqla) müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 5 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Bütün namizədlərə uğurlar arzulayırıq!

SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan şagirdlərlə görüş keçirilib.

İyulun 30-da Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan şagirdlərlə görüşüb. Şagirdlərin təhsil aldıqları müəssisələrin rəhbərlərinin də  də iştirak etdiyi görüşdə  Elxan Nəcəfov qalib olan məktəbliləri təbrik edərək son dövrlərdə Naxçıvan təhsilində şagird nailiyyətinin artırılması istiqamətində aparılan tədbirlərdən danışıb. Qeyd olunub ki, ötən tədris ilində Nazirlik tərəfindən bir neçə müsabiqə və olimpiadalar təşkil olunub. Növbəti tədris ilində də Cəlil Məmmədquluzadə adına humanitar fənlər olimpiadasının  təşkili nəzərdə tutulur. Təhsil naziri həmçinin  diqqətə çatdırıb ki, Naxçıvanda qiymətləndirmə və olimpiada mərkəzləri yaradılacaq.
Görüşdə   Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan şagirdlərə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Sinqapurda keçirilən  olimpiadanın final turunda  iştirak edən məktəblilərdən-  Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli qızıl medala, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi  Rüstəm Sadiqov, Naxçıvan Qızlar Liseyinin VII sinif şagirdi Zəhra Mədədli, Naxçıvan Şəhər  5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Məhəmməd Əliyev  isə bürüc medala layiq görülüblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg