Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə olan qayğısından danışılıb, məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, şagirdlərin innovativ yanaşmaları çətin qavraması və müəllim heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə maraqlanıb.
|
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Naxçıvan şəhər Kimya Biologiya Təmayüllü Liseydə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüblər. Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən 6 minə yaxın kompüter və 700-dən artıq elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Qeyd olunub ki, 2020-2021-ci tədris ilindən ümumtəhsil məktəblərində STEAM təhsil metodundan istifadə olunur, 156 məktəbdə STEAM kabinələri yaradılıb.
Ardını oxu... Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsilin də qarşısında mühüm vəzifələr qoyur. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bu sahədə ölkəmizdə mühüm tədbirlərhəyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə başçısı tərəfindən uğurla həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur.
Ardını oxu... Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan Günel Quliyevanın "Sağlamlıq imkanları məhdud şagirdlər üçün sağlam psixoloji mühit yaratmaq məqsədi ilə müəllim, valideyn və şagird arasındakı münasibətləri tənzimləmək" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə layihənin müasir dövr üçün aktual problemlərdən biri olduğunu qeyd edib. Bildirib ki, iki istiqamət üzrə nəzərdə tutulan layihədə məqsəd həm inklüzivlik, həm də məktəb-valideyn əlaqələrinin tənzimlənməsidir.
Ardını oxu... |
|