Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 31 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə həsr edilmiş seminar keçirilib. Məktəb kitabxanaçılarının, tərbiyə işləri üzrə direktor müavinlərinin və uşaq birliyi təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı açaraq muxtar respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.