• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün479
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5556
mod_vvisit_counterBu ay29385
mod_vvisit_counterÜmumi2496650

Tarix: 19 Apr., 2024

“Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: flora və faunanın nadir növləri” mövzusunda interaktiv dərs keçirilib

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyi: flora və faunanın nadir növləri” mövzusunda interaktiv dərs keçirilib.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, akademik Tariyel Talıbov bildirmişdir ki, muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir və muxtar respublikada Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Dərsdə muxtar respublikanın biomüxtəlifliyinə daxil olan flora və faunanın nadir növlərinin müasir vəziyyəti qeyd olunmuş, mühafizə imkanları göstərilmişdir. Şagirdlərə fauna növlərindən vaşaq, çöl pişiyi, qaban, bezoar keçisi, muflon, cüyür və oxlu kirpi, flora növlərindən isə üçfutlu nektaraskordum, Botta zarəvəndi, Qesner, Şmid tülpanları, Qozbel burunçiçəyi, Qaraquş zəngçiçəyi və s. növlərinin fotoşəkilləri və videoları təqdim edilmiş, onların bioloji xüsusiyyətləri haqqında geniş məlumat verilmişdir. İlk dəfə olaraq Bəbir və Xəzər ularına aid videomateriallar təqdim olunmuşdur.

Dərsdə ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu olduğu, buna görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasının, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsinin və ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının diqqət mərkəzində saxlanıldığı, bu məqsədlə ardıcıl tədbirlər görüldüyü bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər görülür. “Əlverişli mühitin yaradılmasında ən mühüm amillərdən biri meşə ehtiyatlarının qorunması, bərpası və artırılmasıdır. Muxtar respublika təbiətinin zənginliyi həm də burada nadir bitki və heyvan növlərinin mövcudluğu ilə ölçülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib” -deyən məruzəçi bildirib ki, ətraf mühitdən istifadə etmək hər bir vətəndaşın hüququ olduğu kimi, onun qorunması da hər birimizin vətəndaşlıq borcudur.

Şagirdlərə mükəmməl bilik almaları üçün yalnız nəzəri məlumat vermək kifayət deyildir. Bu gün alınmış biliyin təcrübədə tətbiqi məsələsi daha aktualdır. Bu məqsədə çatmaq, şagirdlərin dərketmə və təcrübi fəaliyyətini təşkil etmək üçün müəllim məqsədyönlü fəaliyyət apararaq interaktiv təlim metodlarından istifadə etməlidir. İnteraktiv dərsin hər bir mərhələsinin gündəlik həyatla əlaqəsi var. İnteraktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaşmasına və özünüifadəsinə xidmət edir. Ümumiyyətlə, fəal (interaktiv) dərslər ənənəvi dərs metodlarından fərqlənir. Bu metodla dərslər planlaşdırılarkən müəyyən qaydalar gözlənilməklə yanaşı, uşağın maraqları da nəzərə alınmalıdır.

Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisələrində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg