Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, Azərbaycanda təhsilə qayğının əsası ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş, gənclərin təhsil alması üçün hərtərəfli şərait yaradılmışdır. Ulu Öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafı qayğısına qalmışdır. Bu gün dahi şəxsiyyətin təhsil strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada müasir təhsil şəbəkəsi formalaşdırılmışdır.