Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə oktyabrın 29-da Şəhər və Rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib.
Seminarda regional Bölmənin rəhbəri Sabir Məmmədov 2020-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verdi.