Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.
Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.