21-22 noyabr 2019-cu il tarixlərdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin VII-IX siniflərinin oğlanlardan və qızlardan ibarət komandaları arasında voleybol yarışı keçirilib.
Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Ələkbər Ələkbərov bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir.