• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün639
mod_vvisit_counterDünən699
mod_vvisit_counterBu həftə3818
mod_vvisit_counterBu ay32196
mod_vvisit_counterÜmumi2462685

Tarix: 28 Mart, 2024

Ali Məclisin Sədri müəllimləri təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 4-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam  imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:

Abbasova Aynur Eldar qızına

Əliyev Elsevər İntiqam oğluna

Əsgərova Şəmsiyyə Həsən qızına

Quliyeva Atikə İbad qızına – “Əməkdar müəllim” fəxri adı verilsin".

Prezident Naxçıvan müəllimlərini təltif etdi

Prezident İlham Əliyev oktyabrın 3-də Azərbaycan Respublikasının təhsil işçilərinin “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də var.

Prezidentin Sərəncamı ilə Bağırova Səhnə Novruzəli qızı, Əhmədova Şükufə Qəşəm qızı, Fərzəliyev Yusif Xanlar oğlu, Mustafayeva Fatma Xəlil qızı “Əməkdar müəllim” fəxri adı ilə, Əkbərova Bilqeyiz İsmayıl qızı, Heydərov Murad Paşa oğlu, Həsənov Səyyad Qafar oğlu, İsmayılov Malik Hüseyn oğlu isə“Tərəqqi” medalı ilə təltif olunublar.

Həmin şəxslər Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə təltif ediliblər.

Qeyd edək ki, 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” Azərbaycanda da hər il qeyd olunur.

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri pedoqoji təcrübə keçəcəklər

Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin Təhsildə sosial-psixoloji xidmət və Təsviri incəsənət müəllimliyi ixtisasları üzrə IV kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilmişdir. Konfransda pedoqoji təcrübəyə yola salınan təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 26 tələbə, təsviri incəsənət müəllimliyi ixtisasları üzrə 27 tələbə, ümumilikdə 53 tələbə iştirak etmişdir. Məlum olmuşdur ki, tələbələr Naxçıvan şəhərində yerləşən 8, 11, 12, və 14 nömrəli ümumtəhsil orta məktəblərində 8 həftəlik pedaqoji təcrübə keçəcəklər. Konfransı giriş sözü ilə institutun prorektoru, dosent Azad Novruzov açaraq pedaqoji təcrübənin təşkili ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir.

Ardını oxu...

Kültəpə kənd tam orta məktəbinin açılışı olub


Sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla, 4961 kitab vardır. Eyni zamanda, təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılıb, sürətli internetə çıxış imkanı yaradılıb, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilib.

Ali Məclisin Sədri interaktiv dərsi izləyib. Gənclərin fiziki hazırlığı və hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili üçün lazımi şərait yaradılıb, idman zalı və hərbi kabinə istifadəyə verilib. Həmçinin şagirdlər fizika, kimya və biologiya laboratoriyalarında quraşdırılan avadanlıqlardan, eləcə də elektron dərsliklərdən istifadə edərək dəqiq elmləri daha yaxşı mənimsəyəcəklər. Bildirilib ki, “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları dərs vəsaiti kimi şahmatın tədrisində səmərəliliyi xeyli artırır. Ali Məclisin Sədri fiziki tərbiyə və hərbi hazırlıq fənninin tədrisinə ciddi diqqət yetirilməsi, şagirdlərin kompüter biliklərinin artırılması barədə tapşırıqlar verib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg