Sədərək rayon Təhsil Şöbəsi və Naxçıvan Dövət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə çıxış edən Naxçıvan Dövlət rəsm qalereyasının direktoru Hökmə Məmmədli müsabiqənin keçirilməsi haqqında şagirdlərə geniş məlumat verərək müsabiqəni açıq elan etmişdir.