Son 25 ilə yaxın müddətdə Naxçıvan Muxtar Respublikasında tariximizin tədqiqi, təbliği və gənc nəslə öyrədilməsisahəsində genişmiqyaslı işlər görülür. Bu səbəbdən yeniyetmə və gənclərə tariximizin orta məktəb dövründən öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətənpərvər gənclər yetişdirməyin məktəbdən başlanılmasının zəruriliyini qeyd edərək deyirdi: “Müstəqil Azərbaycanın gənc nəslinin hər bir nümayəndəsi məktəbdə milli təhsil alaraq öz xalqının, millətinin tarixini qədim dövrlərdən bu günümüzədək yaxşı öyrənməlidir. Əgər o, bunu öyrənməzsə əsl vətəndaş ola bilməz, əgər o, bunu öyrənməzsə öz millətini dəyərləndirə bilməz, əgər o, bunu öyrənməzsə öz milli mənsubiyyəti ilə lazımi səviyyədə qürur duya bilməz”.