
Qeyd edək ki, könüllü müraciət əsasında “Psixoloji zirvə” adlı ödənişsiz təlimə 10 fevral 2024-cü il tarixdən başlanılıb və 3 ay müddətində davam edib.
Marafonda Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 100 müəllimin iştirakı nəzərdə tutulsa da muxtar respublikanın digər məktəblərindən də müəllimlər müraciət edərək təlimə qatılıblar.
Təlimlər klinik psixoloq-doktor, Amerikan Psixoloqlar Assosiasiyasının üzvü Ayaz Seyidli, Amerikan Psixoloqlar Assosiasiyasının üzvü psixoloq Əsmər Səfərova və psixoloq Səmavi Hüseynova tərəfindən 3 modul üzrə (ünsiyyət, davranış, disleksiya) hər həftənin şənbə günü saat 20:00 zoom platforması üzərindən keçirilib.
Təlimin sonunda müəllimlərə 3 modul üzrə 20 sualdan ibarət açıq suallar təqdim olunub və uğurlu nəticə göstərən iştirakçılara Naxçıvan Şəhər Təhsil Şöbəsi və Modern Psixoloji Markazi tərəfindən diplomlar təqdim olunub.