• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1167
mod_vvisit_counterDünən677
mod_vvisit_counterBu həftə4090
mod_vvisit_counterBu ay11703
mod_vvisit_counterÜmumi2528519

Tarix: 10 May, 2024

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

Mayın 9-da Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib.
Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

İbtidai sinif müəllimləri üçün “Psixoloji zirvə” adlı təlim marafonuna yekun vurulub

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubleyinə həsr olunan ibtidai sinif müəllimləri üçün “Psixoloji zirvə” adlı təlim marafonu yekunlaşıb.
Qeyd edək ki, könüllü müraciət əsasında “Psixoloji zirvə” adlı ödənişsiz təlimə 10 fevral 2024-cü il tarixdən başlanılıb və 3 ay müddətində davam edib.
Marafonda Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 100 müəllimin iştirakı nəzərdə tutulsa da muxtar respublikanın digər məktəblərindən də müəllimlər müraciət edərək təlimə qatılıblar.

Ardını oxu...

2024–2025-ci tədris ili üzrə I siniflərə qəbul başlayır

Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.

Ardını oxu...

Muxtar respublikanın ümumitəhsil məktəblərinin şagirdləri ilk dəfə olaraq VI İngilis dili olimpiadasında iştirak ediblər

Naxçıvan Muxtar Respublikasının  ümumitəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında akademik məqsədlər üçün ilk dəfə olaraq  VI İngilis dili Olimpiadası  keçirilib. Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan olimpiadadanın birinci mərhələsində  muxtar respublikanın ümumtəhsil məktəblərindən 261 şagird iştirak edib. Olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub.
Qeyd edək ki, olimpiada ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Təhsil İnformasiya Mərkəzi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı şəhər üzrə Tədris İdarəsinin dəstəyi ilə keçirilib.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg