• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1033
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10176
mod_vvisit_counterBu ay41638
mod_vvisit_counterÜmumi1234411

Tarix: 25 İyun, 2022

Payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.

Vurğulanıb ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. 2019-cu ildə aparılan tikinti-quruculuq işləri başa çatdıqdan sonra şəhər və rayon təhsil şöbələri də daxil olmaqla ümumilikdə 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcəkdir. Ötən il təhsil müəssisələrinin 91 faizi istilik sistemi ilə işləmişdirsə, bu il təhsil quruculuğu sahəsində aparılan işlərin nəticəsində bu göstərici 95 faiz təşkil edir.


2019-2020-ci tədris ilinin payız-qış mövsümündə istilik sistemi quraşdırılmayan təhsil müəssisələrində tədrisin fasiləsizliyini təmin etmək üçün yanacaq, mal və materiallara olan tələbatı müəyyənləşdirilmişdir.

Qeyd olunub ki, yeni məktəblərin tikilməsi və müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin də sayının artmasına səbəb olmuşdur. Belə ki, 2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərəcək 212 ümumtəhsil məktəbindən 209-u, yaxud 99 faizi bir növbəli rejimdə işləyəcəkdir. Bu da öz növbəsində tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində sentyabrın 7-də “2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə payız-qış mövsümündə təhsil müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, yaradılan müasir təhsil infrastrukturlarının qorunması və onlardan səmərəli istifadə olunması tapşırılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə bu istiqamətdə fəaliyyətini gücləndirəcək,istilik sistemlərində çalışan texniki işçilərin peşə kurslarına cəlbini diqqətdə saxlayacaq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi, məktəblərdə elektrik enerjisindən səmərəli istifadə olunması, istafçılığa yol verilməməsi məqsədilə maarifləndirici söhbətlər aparacaqdır.

Sonra müşavirə məruzə ətrafında çıxışlarla davam edib. Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Elnur Qasımov təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg