• 1 6.jpg
  • 1.jpg
  • 3 li mekteb.jpg
  • 003.jpg
  • 5 nom9.jpg
  • 005.jpg
  • 20.jpg
  • 22.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 111.jpg
  • 112.jpg
  • 112u.jpg
  • 152.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 603.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1103
mod_vvisit_counterDünən1222
mod_vvisit_counterBu həftə10246
mod_vvisit_counterBu ay41708
mod_vvisit_counterÜmumi1234481

Tarix: 25 İyun, 2022

Müəllim əməyi yüksək qiymətləndirilir

Artıq 19 ildir ki, müəlliməm, bu adı şərəflə daşıyır və bununla da fəxr edirəm. Bu gün müəllimlərimiz cəmiyyətimizin ən hörmətli təbəqəsidir.

Dövlətimiz tərəfindən bu peşənin sahiblərinə hər zaman diqqət göstərilir. Onların əməyi daim qiymətləndirilir. Təhsilə göstərilən qayğını bölgələrimizdə, eləcə də Şərur rayonunda da görmək mümkündür. Bu gün rayonumuzda yeni məktəb binaları tikilir, müasir təhsil üçün hər cür şərait yaradılır. Məqsəd bundan ibarətdir ki, övladlarımız yaxşı təhsil alsınlar, bilikli, savadlı, eyni zamanda vətənpərvər gənclər kimi yetişsinlər. Biz müəllimlərin qarşısında duran ən vacib vəzifə də gənc nəslin hərtərəfli yetişdirilməsinə çalışmaqdır.

Muxtar respublikada dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanmasına artan tələbat nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey istifadəyə verilən gündən burada şagirdlərə riyaziyyat fənnini tədris edirəm. Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin təltif edilməsi müəllim əməyinə verilən dəyərin daha bir göstəricisi idi. Həmin müəllimlərin sırasında olmağım mənə qürur yaşatdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmağımı 19 illik pedaqoji fəaliyyətimə verilən ən böyük qiymət kimi dəyərləndirir və gənc nəslin gələcəyin savadlı mütəxəssisi kimi hazırlanması yolunda bundan sonra da öz bilik və bacarığımı əsirgəməyəcəyimi bildirirəm.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg