• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2260
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə6902
mod_vvisit_counterBu ay2963
mod_vvisit_counterÜmumi2519779

Tarix: 02 May, 2024

“Şahin” hərbi-idman oyunları keçirilmişdir

Naxçıvan şəhər ərazisində yerləşən “N” saylı hərbi hissədə 10 mart 2020-ci il tarixdə şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunları keçirilmişdir. Yarış başlamazdan əvvəl yarışın baş hakimi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanova raport vermiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti mayor Müseyib Abbasov, Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi baş leytenant Məhərrəm Əliyev yarış barəsində fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışmış və şahinlərə uğurlar arzulamışlar.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Əlahiddə Ümumqoşun Ordusu, Naxçıvan Şəhər Təhsil Şöbəsi və SHXÇDX-nin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 tam orta məktəbin komandası mübarizə aparmışdır. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınamışlar. Yarışın yekun nəticəsinə əsasən, 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 9 nömrəli tam orta məktəbin komandası II yerə, 16 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılmışlar.

Qeyd edək ki, I və II yerin qalibləri olan 1 və 9 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg