Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi katoqoriya üzrə, “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi”, “Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi”, “Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması” nominasiyaları üzrə keçirilib və  müsabiqəyə ümumilikdə 1407  layihə təqdim  edilib. Daxil olan  layihələrin  279-u   ümumi  təhsil   müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələri olub. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb.
Ardını oxu...           
         | 
    
        
        
                            
                       Azərbaycan Respublikasının  təhsil naziri Emin Əmrullayev  “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin  XI sinif məzunlarından 20 nəfər qızıl, 24 nəfər isə gümüş nişanla təltif olunub.    Qızıl nişanla təltif olunan şagirdlər:1.Rəhimli Rəna Coşqun qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli tam  orta məktəb;2.Əliyev Eyyub Əli oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;3.Rüstəmova Fidan Rəşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli  tam orta məktəb; 4.Bəylərli Hafiz Səxavət oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;5.Həsənova Kəmalə Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli  tam orta məktəb; 6. Həziyeva Reyhan Əli qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam  orta məktəb; 7. Əliyev Mikayıl Elnur oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam  orta məktəb; 8. Hüseynəliyeva Xavər İlham qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17  nömrəli tam orta məktəb; 9. Əliyeva Fidan Elşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam  orta məktəb; 10.Fərəcova İnci Əmmar qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 11. Əlizadə Laçın Qeysər qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 12. Aslanova Emilya Rəşad qızı – Naxçıvan MR Naxçıvan Qarnizon tam orta  məktəbi; 13. Babayeva Röya Əsəd qızı – Naxçıvan MR Babək rayonu Güznüt kənd tam  orta məktəbi; 14. İsmayılov İbrahim Zakir oğlu – Naxçıvan MR Ordubad şəhəri 1 nömrəli  tam orta məktəb; 15. Əlisoy Lamiyə Samir qızı – Naxçıvan MR Culfa şəhəri 3 nömrəli tam orta  məktəb; 16. Məmmədli Təhminə Oktay qızı – Naxçıvan MR Culfa rayonu Əlincə  kənd tam orta məktəbi; 17. Hüseynli Səriyyə Seymur qızı – Naxçıvan MR Sədərək rayonu Sədərək  kənd 2 nömrəli tam orta məktəb; 18. Məmmədli Əli Mayis oğlu – Naxçıvan MR Şahbuz rayonu Kükü kənd  tam orta məktəbi; 19. Bağırov Hüseyn Knyaz oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika-  riyaziyyat təmayüllü lisey; 20. Cəfərli Mikayıl Kamran oğlu – Naxçıvan MR Şərur rayonu Kürçülü  kənd tam orta məktəbi;    Gümüş nişanla təltif olunan şagirdlər   1.Hüseynova Aynur Şahin qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəb; 2.Zeynalova Şərəf Bəsrət qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli  tam orta məktəb;3.Bağırova Aysel Etibar qızı – Naxçıvan MR Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb;4.Mirzəzadə Yusif Emin oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli  tam orta məktəb;5.Kəngərli Aydan Azər qızı – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb;6.Cabbarzadə Vüsal Müslüm oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11  nömrəli tam orta məktəb.7.Mahmudlu Loğman Etibar oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəb;8.Əhmədli Elnar Rəşad oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 12 nömrəli  tam orta məktəb;9.Əlizadə Əlirza Eldəniz oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb; 10.Əzizova Nəsibə Akif qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli  tam orta məktəb; 11.Hacıyeva Laçın Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli  tam orta məktəb; 12. Niftəliyev Əli İlham oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli  tam orta məktəb; 13. Dadaşlı Aylin Şahin qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 14. Əsgərova Sərfinaz Murad qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 15. Əlizadə Məhəmməd Seymur oğlu – Naxçıvan MR Naxçıvan Qarnizon  tam orta məktəbi; 16. Qurbanov Elşən Etibar oğlu – Naxçıvan MR Babək rayonu Güznüt kənd  tam orta məktəbi; 17. Abdullayeva Fatimə İsgəndər qızı – Naxçıvan MR Babək rayonu Nehrəm  qəsəbə 1 nömrəli tam orta məktəb; 18. Həsənov Cilovxan İbrahim oğlu – Naxçıvan MR Babək rayonu Sirab  kənd tam orta məktəbi; 19. İbrahimli Aysu Müşviq qızı – Naxçıvan MR Culfa rayonu Əlincə kənd  tam orta məktəbi; 20. Əliyev Xəyal Xudayar oğlu – Naxçıvan MR Culfa rayonu Bənəniyar  kənd tam orta məktəbi; 21. Babayev Hüseyn Vəsayib oğlu – Naxçıvan MR Kəngərli rayonu  Təzəkənd kənd tam orta məktəbi; 22. Hüseynli Nəzrin Tural qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta  internat məktəbi; 23. Məmmədli Firuzə Rasim qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta  internat məktəbi; 24. Salahlı Əli Bayram oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika-riyaziyyat  təmayüllü lisey  
    İyulun 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Yay Tədbirlər Planı”na uyğun olaraq Əcəmi seyrangahında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri və müasir memarlıq tikililəri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib. Tədbiridə çıxış edənlər bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o  cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Bu günki müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın tarixi abidələrinin tanıdılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Həmçinin çıxış edənlər muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən dərnək üzvlərinə uğurlar arzulamışdır.
Ardını oxu...   25 iyun- 02 iyul 2023- cü il tarixlərində Qəbələ şəhərində "Heydər Əliyev İlinə" həsr olunmuş 10-cu ümümirespubilika "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda,  Culfa şəhər 3 nomrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib. Builki yarışa    respublikanın müxtəlif bölgələrindən olan  şəhid övladları da   dəvət olunub. Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən  yarışın yekun nəticələrinə  əsasən  Ordubad rayon Sabirkənd tam orta məktəbinin  komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası  II,   şəhid övladlarından ibarət "Gənc Mübarizlər"    komandası isə III yerə  layiq görülüb.
 Ardını oxu...  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. 
Ardını oxu...                   | 
         
         
         
     |