• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün539
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə5181
mod_vvisit_counterBu ay1242
mod_vvisit_counterÜmumi2518058

Tarix: 02 May, 2024

“Naxçıvanın tarixi abidələri və müasir memarlıq tikililəri” mövzusunda rəsm müsabiqəsi keçirilib

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Yay Tədbirlər Planı”na uyğun olaraq Əcəmi seyrangahında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri və müasir memarlıq tikililəri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib.
Tədbiridə çıxış edənlər bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o  cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Bu günki müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın tarixi abidələrinin tanıdılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Həmçinin çıxış edənlər muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən dərnək üzvlərinə uğurlar arzulamışdır. Müsabiqədə dərnək üzvləri kağız, karton, kətan üzərində karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, quaş, akvarel, akril, yağlı boya və s. vasitələrdən istifadə etməklə  2 saat müddətində muxtar respublikanın tarixi abidələrini və müasir tikililərini əks etdirən rəsmlər çəkiblər.
Müsabiqənin sonunda dərnək üzvlərinin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq Kazımova Zenfira Nəsir qızı I yerə, Həsənova Gülnur Samir qızı və Haqverdizadə Nurçin Ramil qızı II yerə, Əliyeva Nurgül Məzahir qızı, Nəsirov Həsən Fərid oğlu və Quliyeva Sevgi Oruc qızı  III yerə layiq görülüb. Bundan başqa müsabiqədə Yaqubova Aygün İlham qızı, Abuzərova Kəklik Coşqun qızı, Bədəlova Güllü Elman qızı, Qasımov Rəhman Zaur oğlu, Əsədov Sənan Xalıqverdi oğlu və Mehrima Kaycı həvəsləndirici yerlərə layiq görülüblər.
Müsabiqənin qalibləri Təhsil Nazirliyinin diplomu ilə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg