• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2362
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7004
mod_vvisit_counterBu ay3065
mod_vvisit_counterÜmumi2519881

Tarix: 02 May, 2024

“Sabahın tədqiqatçıları-2023” layihəsinə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. Tədbirdə təhsil naziri Rəhman Məmmədov  “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyətindən danışıb.   Bildirib ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən  ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüşdür. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılmış, məruzə, tezis, referat və hesabatlar hazırlanmışdır. Ötən dövr ərzində tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunmuş, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilmişdir. Cari tədris ilində davam etdirilən layihədə 28 şagird  16 alimin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Ümumilikdə isə  bu günədək 90 elmi rəhbərin və 160 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 102 layihə üzrə tədqiqatlar aparılmışdır.
Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası  Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və praktikaya tətbiqində daşıdığı önəmindən danışıb. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən akademik İsmayıl Hacıyev  cəmiyyətin inkişafında elm və təhsilin, ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb. Muxtar respublikanın bütün təhsil müəssisələrində yaradılan hərtərəfli şəraitdən söz açaraq bildirib ki, elm və təhsilə göstərilən qayğı tədris prosesinin yaxşılaşdırılmasına, yeni-yeni layihələrin icrasına, uğurların əldə olunmasına başlıca səbəbdir. “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir, onların yaradıcı düşünməsinə, istedadlarını inkişaf etdirməyə əlverişli şərait yaradır. Öyrənilən bir sıra biliklərin həm fərdi, həm də qrup şəklində tətbiqinə imkan verir.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2022-2023-cü tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu tədris ilində 16 elmi rəhbərin və 28 şagirdin iştirakı ilə 21 layihə işlənib hazırlanıb. Beynəlxalq müsabiqələrdə 4 il ərzində 40 layihə I yerə, 8 layihə II yerə, 8 layihə III yerə layiq görülmüşdür.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində şagirdlərin elmi yenilik və təcrübi vərdişlərə yiyələnmələri üçün müşahidələr aparmağın və onların nəticələrini ümumiləşdirməyin yollarından və layihə çərçivəsində görülən işlərdən bəhs edən videoçarx izlənilib.
Sonra “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları apardıqları tədqiqat işləri barədə məlumatlar veriblər.
Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg