• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2398
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7040
mod_vvisit_counterBu ay3101
mod_vvisit_counterÜmumi2519917

Tarix: 02 May, 2024

Ordubad Rayon Sabirkənd tam orta məktəbinin komandası 10-cu ümumrespublika "Gənc xilasedici və yanğınsöndürən" yarışının qalibi olub

25 iyun- 02 iyul 2023- cü il tarixlərində Qəbələ şəhərində "Heydər Əliyev İlinə" həsr olunmuş 10-cu ümümirespubilika "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda,  Culfa şəhər 3 nomrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib.
Builki yarışa    respublikanın müxtəlif bölgələrindən olan  şəhid övladları da   dəvət olunub.
Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən  yarışın yekun nəticələrinə  əsasən  Ordubad rayon Sabirkənd tam orta məktəbinin  komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası  II,   şəhid övladlarından ibarət "Gənc Mübarizlər"    komandası isə III yerə  layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən  kubok, diplom, fəxri fərman və qiymətli hədiyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunub. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg