Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.Görüşdə məktəbdənkənar təhsil müəssisələrindəki tədrisin təşkili təhlil olunub, müəssisə rəhbərlərinə dərnəklərin düzgün təşkili, uşaqların cəlb olunması və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.
Ordubad rayon təhsil müəssisələrinin rəhbərləri ilə 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı görüş keçirilib.
25 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası təhsil naziri  vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov tərəfindən vətəndaş qəbulu keçirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.