• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1300
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7805
mod_vvisit_counterBu ay21573
mod_vvisit_counterÜmumi2538389

Tarix: 18 May, 2024

Ordubad Rayon Sabirkənd tam orta məktəbinin komandası 10-cu ümumrespublika "Gənc xilasedici və yanğınsöndürən" yarışının qalibi olub

25 iyun- 02 iyul 2023- cü il tarixlərində Qəbələ şəhərində "Heydər Əliyev İlinə" həsr olunmuş 10-cu ümümirespubilika "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda,  Culfa şəhər 3 nomrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib.
Builki yarışa    respublikanın müxtəlif bölgələrindən olan  şəhid övladları da   dəvət olunub.
Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən  yarışın yekun nəticələrinə  əsasən  Ordubad rayon Sabirkənd tam orta məktəbinin  komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası  II,   şəhid övladlarından ibarət "Gənc Mübarizlər"    komandası isə III yerə  layiq görülüb.

Ardını oxu...

“Sabahın tədqiqatçıları-2023” layihəsinə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Məktəblilər arasında EDU Drone müsabiqəsi keçirilib

İyunun 9-da  Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təhsili üzrə ilk dəfə olaraq məktəblilər arasında Edu Drone müsabiqəsi keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan  Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodu və bu istiqamət üzrə bugünədək keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Qeyd olunub ki, STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir, gələcəyin mütəxəssisləri kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər. Bildirilib ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Ardını oxu...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gimnastika hamı üçün” festivalı keçirilib

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, muxtar respublikada ilk dəfə olaraq “Gimnastika hamı üçün” festivalı keçirilib.
Festival iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən festivalda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Muxtar Respublikasının   təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədovun və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacının da iştirak etdiyi festivalda  qeyd olunub ki, uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, onların sağlam,  Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli lider Heydər Əliyevin  daim diqqətində olub.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg