Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM təhsil metodudur. Belə ki, STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu günə kimi 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Muxtar respublikada ümumtəhsil məktəblərinin şagirdlərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. 2023-2024-cü tədris ilində isə 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin qurulması nəzərdə tutulur.
Ardını oxu...
|
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqlara başlanılıb. Həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında 193 min 447 dərsliyin sifarişi verilmişdi. Sifariş verilən dərsliklərdən 190 min 528-i artıq muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərsliklərin də gətirilməsi təmin ediləcək.
Ardını oxu... Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də proritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, proqrama uyğun olaraq Naxçıvan şəhərində 1000 yerlik yeni məktəb binasının inşası da planlaşdırılır. Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda təhsil quruculuğu istiqamətində işlər davam etdirilir. Ordubad rayonunun Azadkənd, Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri, Babək və Şahbuz rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün yeni binaların tikintisi davam etdirilir. Yaxın günlərdə isə Babək rayonunun Hacıvar kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisinə başlanılacaq.
Ardını oxu... Məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəyidir. Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər.
Ardını oxu... |
|