• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1263
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə7768
mod_vvisit_counterBu ay21536
mod_vvisit_counterÜmumi2538352

Tarix: 18 May, 2024

Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olan məktəblilərlə görüş keçirilib

Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və "Robosport" kateqoryası üzrə qalib olan "Deusra" komandasının   üzvləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib.
Bildirilib ki, muxtar respublikada da  2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində  Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. Həmçinin  Naxçıvanda 400-dən  artıq müəllim STEAM təlimlərinə, 19 minə  yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub  və uğurlu nəticələr qazanıblar.

Ardını oxu...

Naxçıvanda “İnnovativ müəllim” və “innovativ direktor” layihəsinə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “İnnovativ müəllim” və “innovativ direktor” layihəsinə start verilib. Layihənin həyata keçirilməyində məqsəd səriştələri və öyrətmə metodikası ilə seçilən pedaqoji və rəhbər heyətin bazasının formalaşdırılması, təhsilverənlərin motivasiyasının artırılması və  təhsil sisteminin inkişafına töhfə verəcək layihələrin seçillərək  muxtar respublikadanın ümumtəhsil müəsisələrində tətbiq etməkdən ibarətdir.
Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə   elektron qeydiyyat (google form),  II mərhələdə  layihələrin qəbulu, III mərhələdə   layihələrin qiymətləndirilməsi,  IV mərhələdə isə mükafatlandırma prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihəyə minimum 3 il pedaqoji staja malik hazırda Naxçıvan Muxtar Respublikası üzrə ümumi, məktəbəqədər, peşə və məktəbdənkənar təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifədə çalışan şəxslər müraciət edə bilərlər.
Layihələr yazılı və ya video formatda 20 sentyabr 2023-cü il tarixinədək
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanına göndərilməlidir. Layihənin məzmunu tədrisin keyfiyyətinin artırılması ilə bağlı olmalıdır.
Mükafatlandırma tədbiri  5 oktyabr – Beynəlxalq Müəllimlər günündə həyata keçiriləcək.
Layihədə qaliblər  mükafatlandırılacaqdır.

Naxçıvanlı məktəblilər Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində qalib olublar

1-3  sentyabr tarixlərində Azərbaycan Respublikası  Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının  və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.
Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər  “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” olmaqla 4 kateqoriya  üzrə  20 rayon və şəhərindən ümumilikdə  249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.
Olimpiadadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan  məktəblilərdən ibarət  "Young inventors", "Deusra", "Fourtune" adlı komandaları  təmsil edib. Olimpiadanın yekununda  təmsilçimiz   "Deusra" komandası  "Robosport" kateqoryası üzrə qalib olub.
Qeyd edək ki, komandanın üzvləri   Oğuz Nəcəfli, Abbas Zeynalov və Hüseyn Tahirovdur.
Qalib komandamız olan "Deusra"  cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

Naxçıvanda məktəbli yarmarklarına start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Naxçıvan şəhəri Heydər Əliyev prospektindəki Kitab Evində  yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan və rahat şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Sentyabrın 1-də yarmarkanın açılışı olub.

Yarmarkanın açılış tədbirini giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirakçıları yeni tədrisilinin yaxınlaşması münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları alıcılar tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda artıq ənənə halını almış belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir çətinliklə üzləşmir, bütün zəruri geyim, idman formaları və məktəb ləvazimatlarını bir ünvandan əldə edə bilirlər.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg