Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, gənclərin fiziki cəhətdən güclü olmalarını diqqət mərkəzində saxlayan Ali Məclis Sədrinin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, muxtar respublikada idmanda güclü hazırlıq tələb edən böyük nəticələr və gələcəkdə idmanın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr uğurla və səylə həyata keçirilir. Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində muxtar respublika ümumtəhsil məktəblərində müasir standartlara cavab verən idman klubları, hər cür şəraiti olan olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, Atıcılıq Mərkəzi, Uşaq-Gənclər şahmat və idman məktəbləri tikilərək idmançıların istifadəsinə verilmişdir. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin “Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə “Bu, kino ki var...” adlı kinoviktorinanın muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.
Mayın 8-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçirilib.
Bir danılmaz həqiqət var. Müharibə ölüm, aclıq, fəlakət və ayrılıqdır. Müharibə iqtisadiyyatı geri salır, təsərrüfata güclü ziyan vurur, insanları bir- birindən ayrı, didərgin salır. Tarix boyu qanlı müharibələrin izlərini on illərlə aradan qaldırmaq olmur. Doğmalar illərlə bir- birinin üzünə həsrət qalır.