Aprel ayının “Mütaliə aylığı” elan olunması ilə əlaqədar Naxçıvan şəhər V.Zeynalov adına 3 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Nizami dühası və yaradıcılığı haqqında məlumat verildi. Daha sonra şagirdlərin hazırladığı bədii kompozisiya dinlənildi.
Məktəbdə “Mütaliə aylığı” çərçivəsində keçirilən digər tədbir Məmməd Tağı Sidqinin hekayələrinin müzakirəsi oldu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadiqova Xədicə çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra şagirdlər tərəfindən hekayələrin müzakirəsi aparıldı, səhnəciklərə baxış keçirildi.
Şagirdlərin asudə vaxtlarından səmərəli istifadə etməsi, onlarda oxu vərdişlərinin formalaşdırılması, dünya görüşü və intellektual səviyyələrinin inkişafına kömək etmək məqsədi ilə kitab müzakirələri, şeir müsabiqəsi və bir sıra əsərlərin kompozisiyası təşkil olunub. Eyni zamanda Babək Rayon Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq, Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəb kitabxanaçıları arasında M.S.Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Müzakirədə M.S.Ordubadi yaradıcılığı haqqında ətraflı məlumat verilib, əsərin sujeti, bədii obrazlılığı və müəllifin hadisələrə və obrazlara fərdi yanaşması təhlil olunub.
Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün seminar keçirilib. Seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov bildirib ki, son illər məktəb kitabxanaları verilən bədii ədəbiyyatlarla daha da zənginləşdirilmiş, məktəblilərin bədii ədəbiyyatlara olan marağını artırmaq, onların dünyagörüşünün formalaşmasına şərait yaratmaq məqsədi ilə rəngarəng tədbirlər hazırlanıb həyata keçirilir. O, məktəb kitabxanalarının işinin təşkilindən geniş söhbət açıb və məktəbin pedaqoji kollektivlərinin üzvlərini və şagirdləri bədii ədəbiyyatdan daha geniş istifadə etmələri üçün məktəb kitabxanaçılarını daha fəal olmağa çağırıb.
Aprelin 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda yeni STEAM kabinəsi istifadəyə verilib. B