Naxçıvanda məktəbli yarmarklarına start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Naxçıvan şəhəri Heydər Əliyev prospektindəki Kitab Evində  yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan və rahat şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Sentyabrın 1-də yarmarkanın açılışı olub.

Yarmarkanın açılış tədbirini giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirakçıları yeni tədrisilinin yaxınlaşması münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları alıcılar tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda artıq ənənə halını almış belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir çətinliklə üzləşmir, bütün zəruri geyim, idman formaları və məktəb ləvazimatlarını bir ünvandan əldə edə bilirlər.

Ardını oxu...

Müəllim və şagirdlər üçün “STEAM yay məktəbi” təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM təhsil metodudur. Belə ki, STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu günə kimi 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Muxtar respublikada  ümumtəhsil məktəblərinin şagirdlərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. 2023-2024-cü tədris ilində isə 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin qurulması nəzərdə tutulur.

Ardını oxu...

Növbəti tədris ili üçün istifadə olunacaq dərsliklər muxtar respublikaya gətirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üçün hazırlıqlara başlanılıb. Həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilmiş, cari ilin aprel ayında 193 min 447 dərsliyin sifarişi verilmişdi. Sifariş verilən dərsliklərdən 190 min 528-i  artıq  muxtar respublikaya gətirilib və növbəti günlərdə digər dərsliklərin də gətirilməsi təmin ediləcək.

Ardını oxu...

Təhsil müəssisələri üçün yeni binaların tikintisi davam etdirilir

Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də proritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, proqrama uyğun olaraq  Naxçıvan şəhərində  1000 yerlik yeni məktəb binasının inşası da  planlaşdırılır.
Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda təhsil quruculuğu istiqamətində işlər davam etdirilir. Ordubad rayonunun Azadkənd, Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri, Babək və Şahbuz rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün  yeni binaların tikintisi davam etdirilir. Yaxın günlərdə isə Babək rayonunun Hacıvar kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisinə başlanılacaq.

Ardını oxu...

Muxtar respublikada ümumtəhsil məktəblərinin şagirdləri yeni tədris ilində, əvvəlki illərdə istifadə olunan məktəbli geyim formasından istifadə edə biləcəklər

Məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəyidir.
Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg