2-11-ci sinif şagirdləri üçün Amerikan Riyaziyyat Olimpiadası təşkil olunub

Oktyabrın 28-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Amerikan Riyaziyyat Olimpiadası keçirilib. İngilis, azərbaycan və  rus dillərində təşkil olunan olimpiadada şagirdlərə 25 sual təqdim olunub və sualların cavablandırılması üçün  90 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərinin  2-11-ci siniflərindən 323 şagird iştirak edib.

Məktəblilər arasında "Micro: bit CODING" və "Sosial texnologiyalar” müsabiqələri keçirilib

Oktyabrın 27-də  Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təlim-Tədris Mərkəzində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında arasında ilk dəfə olaraq  "Micro: bit CODING" və "Sosial texnologiyalar” müsabiqələri keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan  Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfov  bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır.

Ardını oxu...

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə məktəbdənkənar təhsil müəssisələrindəki tədrisin təşkili təhlil olunub, müəssisə rəhbərlərinə dərnəklərin düzgün təşkili, uşaqların cəlb olunması və mövcud nöqsanların   aradan  qaldırılması ilə bağlı tapşırıqlar verilib.

Ordubad rayon təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Ordubad rayon təhsil müəssisələrinin rəhbərləri ilə 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı görüş keçirilib.
Görüşdə qəbul, buraxılış, olimpiada və digər istiqamətlər üzrə nəticələr təhlil edilib.
Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov cari tədris ili ilə bağlı müəssisə rəhbərlərinə tədrisin səmərəli təşkili, şagird nailiyyətlərinin və metodiki sahədə peşəkarlığın artırılması ilə bağlı tələblərini direktorların diqqətinə çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vətəndaş qəbulu keçirilib

25 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası təhsil naziri  vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov tərəfindən vətəndaş qəbulu keçirilmişdir.
Qəbulda 43 vətəndaş iştirak etmişdir.
Qəbul zamanı bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg