Direktor müavinlərinin və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu prosesinə başlanılır

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Namizədlər 13-27 noyabr 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil şöbələrinə (şəhər/rayon)  təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

Ardını oxu...

Onlayn ortaq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin  birgə əməkdaşlığı əsasında hibrid ortaq dərs təşil olunub.
Dərs Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IV c və  Quba rayon Alekseyevka kənd tam orta məktəbinin IV a siniflərinin iştirakı ilə sinif müəllimləri İsayə Əliyeva və  Sevil Allahverdiyeva tərəfindən keçirilib.
Layihənin əsas məqsədi regionlarımız  arasında müəllim əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, təcrübənin paylaşılması və mövcud imkanlardan istifadə etməklə dərsin effektivliyinin artırılmasıdır.

 

İş və istirahət günləri barədə məlumat

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.
Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10,11 noyabr tarixləri müəyyən olunub.

Fənn müsabiqələrinin təşkili və keçirilməsində dəyişikliklər edilib

2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq.
İnformatika fənni üzrə müsabiqələrdə iştirak etmək istəyən VII sinif şagirdləri Elm və Təhsil Nazirliyinin “Azercell Telecom” şirkəti ilə əməkdaşlığı çərçivəsində keçirilən “Azercell CUP” müsabiqəsinə qoşula biləcəklər.

Ardını oxu...

2-11-ci sinif şagirdləri üçün Amerikan Riyaziyyat Olimpiadası təşkil olunub

Oktyabrın 28-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Amerikan Riyaziyyat Olimpiadası keçirilib. İngilis, azərbaycan və  rus dillərində təşkil olunan olimpiadada şagirdlərə 25 sual təqdim olunub və sualların cavablandırılması üçün  90 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiadada muxtar respublikanın ümumtəhsil məktəblərinin  2-11-ci siniflərindən 323 şagird iştirak edib.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg