• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün6
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8012
mod_vvisit_counterBu ay3656
mod_vvisit_counterÜmumi2520472

Tarix: 03 May, 2024

“20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının sektor müdiri Gülxanım Orucova çıxış edərək uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilib. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında”  Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.
İştirakçıların diqqətinə çatdırılıb ki, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinin qalibləri Komitə tərəfindən  mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg