• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2496
mod_vvisit_counterDünən2479
mod_vvisit_counterBu həftə4975
mod_vvisit_counterBu ay38155
mod_vvisit_counterÜmumi2604001

Tarix: 25 İyun, 2024

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris  ilinin  yaz semestrində  keçirilməsi  nəzərdə tutulan  pedaqoji təcrübənin  başlanğıc konfransı keçirilmişdir. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər. Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsində Dövlət təhsil siyasətinin həyata keçirilməsində əsas simanın müəllim olduğunu qeyd etmişdir. Rektor vurğulamışdır ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu gənclər siyasətinin əsasında cəmiiyət üçün intelektual səviyyəsi yüksək olan, ölkəmizin gələcək inkişafını və təmin edəcək, dünya arenasında ölkəmizi layiqli təmsil etməyi bacaran, millətini, xalqını, dövlətin mənafeyini hər şeydən üstün tutan, düşdüyü mühitdən asılı olaraq müstəqil və yaradıcı fəaliyyət göstərib, sərbəst qərarlar qəbul etməyi bacaran gəncliyin formalaşdırılması durur. Bu siyasəti həyata keçirilməsi isə  müəllimin  elmi-metodiki, mədəni və əxlaq isəviyyəsindən çox asılıdır. Rektor müəllim kadrların hazırlığında pedaqoji təcrübənin   əhəmiyyətindən, məqsəd və vəzifələrindən, prinsiplərindən  danışmıçdır.
Sonra konfransda  Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən, müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalardan və     Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına Dair 2023–2027-ci illər üçün Dövlət Proqramında təhsillə bağlı göstərilən məsələlərdən danışıb.  Qeyd edib ki,  metodist  müəllim,  pedaqoji  rəhbər və  təcrübəçilərin  məktəbə  gəlişi, tədris müəssisələrində daha çox məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurur,  ali və ümumtəhsil məktəbləri arasında yüksək keyfiyyət təminatı, ədalətli, şəffaf, obyektiv mühitin təmin olunması məqsədilə birgə fəaliyyət imkanı yaranır. Natiq vurğulayıb ki, təcrübə müddətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tələbələrin yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq.
Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri əməkdaşlarının yerinə yetirəcəyi vəzifələr haqqında geniş məlumat verib, təcrübəyə gedəcək tələbələrin sayı, məktəblər və bağçalar üzrə bölgüsünə toxunaraq qeyd edib ki, bakalavriat səviyyəsinin IV kurs “İngilis dili müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” “İbtidai sinif müəllimliyi”, “Tarix müəllimliyi” “Biologiya müəllimliyi”, “Məktəbəqədər təlim və tərbiyə”, “Texnologiya müəllimliyi”, “Təsvir incəsənət müəllimliyi” “Təhsildə sosial psixoloji xidmət”, “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” və V kurs “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan  ümumilikdə 215-i Pedaqoji fakültənin, 134-ü Təbiət və incəsənət fakültəsinin tələbəsi olmaqla  339 tələbə Naxçıvan şəhər 4 № li, 5 № li, 8 № li, 11 № li, 12 № li, 14 № li, Naхçıvan  Qızlar liseyi və Heydər Əliyev adına tam orta məktəblərində və Naxçıvan şəhər 7 № li, 10 № li, 12 № li uşaq bağçalarında fevralın 16-dən mayın 24-dək  pedaqoji təcrübə keçməlidirlər.
Sonra Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Pedaqoji fakültənin dekanı Samirə Həsənova isə internatura müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb, tələbələrə tövsiyyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Konfransın yekununda Heydər Əliyev adına tam orta məktəbin direktoru, 43 illik müəllimlik fəaliyyəti göstərən Məlahət Rüstəmova ümummilli lider Heydər Əliyevin müdrik kəlamını xatırladaraq vurğulayıb ki, mən bu uzun fəaliyətim müddətində müəllim adından, müəllimlik peşəsindən uca bir məqam tanımıram. Bu gün gənclərimiz yaxşı müəllim olmaq üçün öncə öz peşəsini sevməli, sonra isə sevdirərək öyrətməlidir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg