Naxçıvan Dövlət Texniki Kollecində məzun günü

08.06.2018- ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində 2018- ci ilin buraxılış qruplarının məzun tədbiri keçirildı. Tədbiri başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Məmməd Qəribov çıxış edərək Naxçıvan Dövlət Texniki Kollecinin bu günə qədərki fəaliyyətindən, təhsil sistemindən danışdı. Məmməd Qəribov məzunları təbrik etdi, onlara tələbəlik illərindən sonrakı həyatlarında uğurlar arzuladı. Daha sonra isə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov kollecə göstərilən diqqət və qayğıdan danışdı.Asəf Ruşanovqeyd etdi ki, 2018- ci ildə kollecdən 5 (Yol hərəkətinin təşkili, Mühasibat uçotu, Baytarlıq, Bank işi, Nəqliyyat daşımalarının təşkili (dəmiryol üzrə)) ixtisas üzrə 113 nəfər məzun olur.Sonda isə kollecin direktoru Asəf Ruşanov məzun olan tələbələri təbrik etdi və   onlara gələcək həyatlarında uğurlar arzuladı. Çıxışlardan sonra tədbir iştirakçıları məzunların hazırladıqları səhnəcilklərə, musiqi nömrələrinə və rəqslərə tamaşa etdilər.

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Məzun” günüdür. Kollecimizin  ən çılğın, ən qayğısız vaxtları tələbələlik illərində olur. Hər dəfə tələbələlikdən  söz düşəndə, kolleci görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.

Ardını oxu...

Naxçıvan MR Ekoloji Tərbiyə Mərkəzindən növbəti interaktiv dərs

Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan MR Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Naxçıvan MR Ekoloji Tərbiyə Mərkəzindən növbəti interaktiv dərs keçirilmişdir. Dərsi Biologiya üzrə fəlsəfə doktoru, Mərkəzin “Boimüxtəlifliyin qorunması “ dərnəyinin dərnək rəhbəri Abbasov Namiq Kamal oğlu tədris etmiş və dərs müddətində “Şahbuz Dövlət Təbiət Qoruğunun bitki örütü” haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Keçirilən dərsi Heydər Əliyev adına Hərbi Liseyin və 202 qoşulma ilə ümumtəhsil mkəktəblərinin şagirdləri izləmişlər.

Dərs zamanı məlumat verilərək bildirilmişdir ki, floristik  cəhətdən  özünəməxsus  xüsusiyyətlərə malik  olan Naxçıvan torpaqları ta qədim  zamanlardan təbib və səyyahların diqqət mərkəzində olsa da  ərazinin  bitki  ehtiyatlarının öyrənilməsinə  maraq  əsasən XVIII  əsrin əvvəllərindən  başlanılmışdır. Ədəbiyyat materialları və toplanmış herbarilərin araşdırılması nəticəsində məlum olmuşdur ki, Şahbuz Dövlət Təbiət Qoruğunun florası 116 fəsiləyə malik 504 cinsə daxil olan 1575 növ  bitkidən ibarətdir. Bu da Qafqaz florasının 21,00 %-ni, Azərbaycan florasının 35,00 %-ni, Naxçıvan florasının isə 55,56 %-ni təşkil edir.  Şahbuz  Dövlət Təbiət Qoruğu ərazisindəki 1575 növ bitkinin 49 növü ali sporlu bitkilərə  aiddir ki, bunlardan da Bryophyta-Mamırlar 39 (2,48 %) növlə, Equisetophyta-Qatlrquyruğukimlər 2 (0,13  %) növlə,  Polypodiophyta-Qıjıkimilər isə  8 (0.51%) növlə təmsil olunur.  Sporlu  bitkilər 41(8,15 %)  cinsə və 23 (19,83%)  fəsiləyə daxil  olmaqla ümumi floranın 3,11 %-ni (49 növ) təşkil edirlər. Çılpaqtoxumlular ərazidə 3 (2,59%) fəsiləyə daxil olan 3 (0.60%) cinsdə birləşmiş  6 növlə  təmsil  olunurlar  ki,  bu  da  floranın  0,38 %-ni təşkil edir. Cədvəldən  görünür ki, örtülütoxumlu  bitkilər ərazi  florasının  96,51 % -ni  (1520 növ)  təşkil edir.  Örtülütoxumlu  bitkilərin  12,95 % -ni (204 növ) birləpəlilər, və 83,56 % -ni (1316 növ) isə ikiləpəli bitkilər təşkil edir.

Ardını oxu...

Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblərimiz

 

2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib. Sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil edib.

Ardını oxu...

Nəbatət bağında etüd dərs

 

        Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Dekorativ rəsm dərnəyinin rəhbəri Səkinə Qarayeva, Rəsm dərnəyinin rəhbərləri Ramilə Bağırova və Səyyad Bayramovun iştirakı ilə AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun "Nəbatət bağı" nda "Etüd" dərs keçirilib. Dərsin keçirilməsində məqsəd dərnək üzvlərinin bədii estetik zövqünü oxşamaq, dünyagörüşünü müsbət yöndə formalaşdırmaq, asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, rəsm sənətinə olan marağı artırmaq, istedadlı uşaqları aşkara çıxarmaqdır. Dərsdə Təhsil Nazirliyinin sektor müdiri Rasim Rüstəmov, mərkəzin direktoru Namiq Novruzov, direktor müavini Toğrul Həsənov iştirak etmişlər.
                                                                         
                                   

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg